Hikmət Hacıyev İsrailə səfər edib

 06-09-2023

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailə səfər edib.

Bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Hikmət Hacıyev Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi ilə görüşüb, ikitərəfli əlaqələr, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edib.

Onu da qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi ilə də görüşüb.

Bu barədə Azərbaycanın İsraildəki səfirliyi “X” sosial şəbəkəsində bildirib.

Görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib.

 

Bənzər yazılar

0.31347393989563