Fransa SQ-dən SÜRPRİZ: Estoniyada 100 desantçı “peyda oldu”

 24-06-2022

Fransa Silahlı Qüvvələri Estoniyada gözlənilməz hərbi təlim keçirərək, Rusiyaya qonşu olan ölkəyə 100-dən çox desantçı endirib.

Bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, çərşənbə axşamı keçirilən hava-desant əməliyyatı çox qısa müddətdə Fransanın 11-ci hava desant briqadasının 100-ə yaxın desantçısını Estoniya əsgərlərinin mühafizə etdiyi əraziyə endirməyə imkan verib.

Departament əlavə edib ki, Estoniyada tələsik təşkil edilən təlimlər Rusiyanın Ukraynadakı müharibəsi fonunda “strateji həmrəylik” aktı kimi həyata keçirilib.

“Hava-desant əməliyyatı Fransa Silahlı Qüvvələrinin fövqəladə vəziyyətlərə müdaxilə etmək və müttəfiq ölkəyə dəstək vermək qabiliyyətini nümayiş etdirir”, - deyə Fransa Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Mənbə: Yevropeyskaya pravda

Bənzər yazılar

0.20857000350952