Türkiyə səfiri Səməd Seyidovla görüşüb 

 05-09-2023

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşüb.

Bu barədə Səməd Seyidov “X” sosial şəbəkəsində paylaşım edib.

“Əziz dostumu qəbul etməkdən məmnun oldum. Biz geniş ikitərəfli və çoxtərəfli əlaqələri, ittifaqımızın üstünlüklərini və son qarşılıqlı səfərləri müzakirə etdik”, - deyə Səməd Seyidov bildirib. 

 

Bənzər yazılar

0.34483814239502