“Neftçi”nin Kiprdə keçirəcəyi oyunun başlanma saatı BƏLLİ OLUB

 23-06-2022

“Neftçi”nin Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə keçirəcəyi oyunların başlanma saatı müəyyənləşib. 

MillətinSəsi.info xəbər verir ki, iyulun 21-i “AEK Arena”da baş tutacaq “Aris” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. 

İyulun 28-i “Bakcell Arena”da təşkil olunacaq cavab qarşılaşması isə saat 21:00-da başlanacaq.

Bənzər yazılar

0.59396386146545