İnzaqi: "Dörd oyunda qol vurmasaz, bu, manşetlərə çevriləcək"

 02-03-2022

“İnter”in baş məşqçisi Simone İnzaqi komandanın hazırkı durumu barədə danışıb.

Qol.az xəbər verir ki, o, İtaliya kubokunun yarımfinal mərhələsində “Milan”la ilk oyunundan (0:0) sonra açıqlamasında “İnter”in 403 dəqiqəlik qolsuzluq seriyasına da toxunub:

“Başa düşürəm ki, dörd oyunda qol vurmasaz, bu, manşetlərə çevriləcək. Lakin biz bunun üzərində işləyirik. Bacarıqlı hücumçularımız var, onlar hələ də optimal formalarını yığırlar.

Noyabr, dekabr və yanvar aylarında o qədər intensiv çıxış etdik ki, istər-istəməz psixoloji boşluğa düşdük”.

Bənzər yazılar

0.22618794441223