“Azərsu” 10 min manat cərimələnə bilər

 01-09-2023

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati iş başlanıb. 

Valyuta.az xəbər verir ki, ASC İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (Su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi) maddəsi ilə inzibati iş başlanıb. 

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib və hakim Günel Səmədovanın icraatında verilib. 

264.0.1-ci maddəyə əsasən, fiziki şəxslər 600 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər 7500 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

Bənzər yazılar

0.10568499565125