Fəaliyyəti dayandırılan Sosial Rifah Partiyasının qurucusu, keçmiş deputat Xanhüseyn Kazımlının oğlu Samir Kazımlı məhkəməyə verilib.
Qaynarinfo.az xəbər verir ki, iddiaçı Türkiyə Respublikasının "ÖZ-AK” Tarım Gıda və Turizm Sənayi və Ticarət Anonim Şirkətidir.
İşin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir. Şirkətin idda tələbində maddi ziyanın ödənilməsi istənilir.
Məhkəmə çəkişməsi hazırda apellyasiya mərhələsindədir. İşə Bakı Apellyasiya Məhkəməsində Fuad Abıyevin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.