Xəstəlikləri barədə məlumat verməyənlər CƏRİMƏLƏNƏCƏK

 22-06-2022

Azərbaycanda özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verməyənlər cərimələnəcək.

MillətinSəsi.info  xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olam xəstəlikləri barədə məlumat verilməməsinə görə 500 manatadək məbləğdə cərimə ediləcək.

Digər dəyişikliklə isə şəxsin ölümündən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsinin olmamasına dair məlumatların yayılmasına görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 4000 manat məbləğində cərimə ediləcək.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Bənzər yazılar

0.20898795127869