Mingəçevirdə sevincsiz qalan "Sevinc" UŞAQ BAXÇASI - VİDEO

 22-06-2022

Mingəçevir şəhərində 21 uşaq bağçası-körpələr evi fəaliyyət göstərir. Onlardan 16-nın bərbad vəziyyətdədir.

Yeniavaz.com xəbər verir ki, yararsız vəziyyətdə olan bağçalardan biri də 9 saylı “Sevinc” uşaq bağçası-körpələr evidir.

9 saylı “Sevinc” uşaq bağçası-körpələr evi şəhərin ən gözəl, mənzərəli, yaşıllıqlar arasında olan bir ərazisində fəaliyyət göstərir. Adından məlum olduğu kimi bu bağçanın körpələri əslində sevinc içərisində olmalıdırlar. Təəssüflər olsun ki, buradakı uşaqlar heç də sevinc içərisində ola bilmirlər.

“Bağça evimizin ərazisində yerləşdiyinə görə, biz uşaqlarımızı bu uşaq bağçasına gətiririk. Amma bağça qəzalı vəziyyətdədir. Bağçada normal bir şərait yoxdur ki, biz uşaqlarımızı bu bağçaya qoya bilək”, - valideynlər deyib.

Müəllimələr də bağçadakı şəraitsizlikdən şikayətlənirlər:

“İndi yay fəslidir, yenə uşaqları həyətə çıxarırıq. Əgər buna bağçanın həyəti demək mümkünsə. Vızıllıq içərisində olan bu bağçanın həyətinə belə uşaq buraxmaq çox təhlükəlidir. Bağçanın qəzalı vəziyyətdə olduğuna görə qazı kəsilib. Elektrik xətləri də o qədər nasaz vəziyyətdədir ki, əgər bir uşağın bilmədən əli toxunsa, həmin an qəza qaçılmazdır. Bağçanın müəllimələri bu vəziyyətdə uşaqlara hansı xidmət göstərsinlər, hamamı, mətbəxi, uşaqların yatdıqları otaqlar insanı heyrətə gətirir”.

Bağçanın müdirəsi Roza xanım bildirib ki, Fövqəladə Hallar Nazirliyi bağçaya baxış keçirib.

“Rəy də verilib ki, bura təhlükəli vəziyyətdədir. Ona görə də bağçanın qazını kəsiblər. Amma elektrik xətlərinə heç baxan yoxdur. Bağçanın həyətində uşaqların əylənməsi üçün heç bir şəraitdən danışmaq olmaz”.

Daha ətraflı:







Bənzər yazılar

0.50184106826782