Tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsməsi ilə ittiham olunan kafedra müəllimi işdən azad olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Dövlət Universitetindən (BDU) bildirilib.
Belə ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, kafedra müdiri Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Oxu.Az-ın redaksiyasına müraciət edən BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri bildiriblər ki, kafedra müəllimi Sədaqət Əhmədova pul almaq üçün onları kütləvi şəkildə imtahandan kəsib.
Tələbələr redaksiyamıza müəllimin səs yazısını göndərib və iddia ediblər ki, imtahandan kəsilən zaman üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.