Bakının mərkəzindəki YERALTI KEÇİDİ SU BASIB - VİDEOFAKT

 20-06-2022

Bakı şəhərinin mərkəzində keçidi su basıb.

Oxu.Az-ın məlumatına görə, hadisə “Qış parkı”nda qeydə alınıb. 

Ərazidə yerləşən yeraltı keçidi su basıb. 

Eyni zamanda, keçidin üstündə də gölməçələr yaranıb.

Araşdırma zamanı məlum olub ki, keçidin üzərində yerləşən yaşıllıq ərazinin suvarılması üçün nəzərdə tutulmuş xətdə qəza baş verib və nəticədə su keçidə sızmağa başlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ərazidə quruma məxsus su və kanalizasiya xətlərində heç bir problem yoxdur: “Keçidə dolan su qrunt sularını kənarlaşdıran qəza ilə bağlıdır. Parkın əməkdaşları özləri təmir işləri aparırlar. “Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə su sızmasının qarşısı alınıb.”

Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə bildirilib ki, ərazidə boruların partlaması nəticəsində yeraltı keçidi su basması ilə bağlı yayılan məlumat doğru deyil:  “Hadisə keçiddə yerləşən drenaj sisteminin xüsusi mühərriklərində yaranan problemə görə baş verib. Birliyin borularında heç bir problem olmayıb”.

Bənzər yazılar

0.20980000495911