“Mançester Yunayted”in DİREKTORU: “Biz çoxlu pul yandırdıq”

 20-06-2022

“Mançester Yunayted”in icraçı direktoru Riçard Arnold klubun transfer siyasətini tənqid edib.

“Biz sadəcə olaraq çoxlu pul yandırdıq. Futbolçulara Avropada ən çox - bir milyard funt-sterlinq xərclədik”, - deyə o, fanatlarla görüşündə bəyan edib.

Mütəxəssis klubun hazırki vəziyyətindən razı olmadığını bildirib.

“Düşünürəm ki, biz tarixən vəsaitlərimizi o qədər də yaxşı xərcləməmişik. Bu mövsüm dəhşətli bir kabus oldu. Mən onun hər dəqiqəsinə nifrət edirdim”, – Arnold əlavə edib.

Mənbə: sports.ru

Bənzər yazılar

0.19183301925659