1991-1992-ci illərdə Rusiyanın dövlət katibi və baş nazirinin birinci müavini olmuş Gennadi Burbulis 77 yaşında vəfat edib.
MillətinSəsi.info xəbər verir ki, bu barədə TASS-a onun qardaşı qızı Yuliya Burbulis bildirib.
Yeltsin Mərkəzinin icraçı direktorunun birinci müavini Lyudmila Telen isə Burbulisin Bakıda vəfat etdiyini deyib.
Qeyd edək ki, Gennadi Burbulis 4 avqust 1945-ci ildə anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumətində sədrin birinci müavini vəzifəsində çalışıb,
Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejskaya sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.