Prezidentin Dədə Süleymana bağışladığı yarım milyonluq evi dələduzlar ələ keçirdi

 18-08-2023

Ötən il vəfat edən Əməkdar artist Süleyman Abdullayevə (Dədə Süleyman) məxsus mülklər və torpaq sahəsini dələduzlar ələ keçirərək satıb.

Bu barədə Yenisabah.az-a mərhum sənətkarın oğlu Cümşüd Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Prezidentin atasına bağışladığı ev belə satılıb:

“Cənab Prezidentimizin atama bağışladığı ev, ata mülküm, başqa bir ev və torpaq sahələri mənimsənilərək satılıb, talanıb.

Prezidentin hədiyyə verdiyi ev "Deluxe Palace" yaşayış kompleksindədir. Həmin yaşayış kompleksi Bakının mərkəzində, Cəfər Cabbarlı küçəsində yerləşir. Mənzil 100 kvadratdan ibarət və təmirli idi. Həmin evin 500-600 min manat dəyəri vardı.

Bundan başqa atama məxsus olan, dünyasını dəyişdiyi, Yasamalda, Qanlı gölə yaxın ərazidəki ev və Hökməli qəsəbəsində yerləşən torpaq sahələrini də dələduzlar mənimsəyib. Onlar telefonumu açmaq bəhanəsi ilə etibarnamə tələb olunduğunu deyib məni aldatdıar. Etibarnaməni aldıqdan sonra isə evlərin hamısını satıblar”.

Bənzər yazılar

0.2590868473053