Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Zaur Ağaqardaş oğlu Zeynalova general-mayor ali hərbi rütbəsi verilib.
"Qafqazinfo"nun məlumatına görə, 49 yaşlı Zaur Zeynalov isə 1-ci Qarabağ müharibəsi, həmçinin Vətən müharibəsi iştirakçısıdır.
Əvvəllər Dövlət Sərhəd Xidmətinin (DSX) bir neçə hərbi hissəsində komandir olub. Hazırda DSX-də Baş İdarə rəisi vəzifəsini icra edir.
Qeyd edək ki, Zaur Zeynalov Vətən müharibəsində qəhrəmanlığı ilə diqqət çəkib. Əslən Salyandan olan 46 yaşlı general, Aprel döyüşlərində də iştirak edib. O, son olaraq Cəbrayılın, Kəlbəcərin və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub.
Zaur Zeynalov