Niderland millisinin sabiq forvardı Marko van Basten PSJ-nin hücumçusu Lionel Messinin “Mançester Yunayted”in futbolçusu Kriştianu Ronaldudan daha yaxşı olduğunu deyib.
“Ronaldu əla futbolçudur, amma onun Messidən yaxşı olduğunu deyənlər futbolu başa düşmürlər, ya da ədalətsizlik edirlər. Messi unikaldır. Onu təqlid etmək və təkrarlamaq olmaz. Belə oyunçu hər 50 və ya 100 ildən bir meydana çıxır.
Pele, Maradona və Kroyff mənim üçün tarixin üç ən yaxşı oyunçusudur. Uşaq vaxtı Kroyff kimi olmaq istəyirdim. Onun üçün darıxıram. Pele və Maradona da inanılmaz idilər”, - deyə van Basten deyib.
Xatırladaq ki, Argentina millisinin hücumçusu yeddi dəfə, portuqaliyalı isə beş dəfə “Qızıl top” mükafatını qazanıb.
Mənbə: Corriere dello Sport