Daha bir iş adamı vergi borcunu ödəməkdən yayınıb - Ölkədən çıxışına “stop” qoyuldu

 14-08-2023

“İntensiv Company” MMC-nin qanuni təmsilçisi Quliyev Habil Famil oğlunun ölkədən çıxışı məhdudlaşıdırlıb. 

Valyuta.az xəbər verir ki, bu barədə Gəncə Kommersiya Məhkəməsinin hakimi Gülnaz Quliyeva qətnamə qəbul edib.

Səbəb “İntensiv Company” MMC və Habil Quliyevə bağlı digər şirkətlərin ümumilikdə 41 878,61 AZN vergi borcu yaranıb. 

Borc ödənilmədiyinə görə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edib. 

Məhkəməyə verilməsinə baxmayaraq Habil Quliyevin şirkətlərinin vergi borcu bir qədər də artıb. 

Hazırda təkcə “İntensiv Company” MMC-nin 29 995,79 AZN vergi borcu var. 

Bənzər yazılar

0.10990810394287