Volodimir Zelenskidən yeni MÜRACİƏT: “Rus ordusu bizi özünə tabe edə bilməz” – VİDEO

 13-03-2022

Ukrayna prezidenti Volodimir Zelenski yeni müraciətini yayımlayıb.

MillətinSəsi.info-yaxəbər verir ki, bu haqda görüntülər Ukraynaya məxsus Telegram kanallarında yer alıb.

"Rus ordusu bizi özünə tabe edə bilməz. Onların elə gücü yoxdur. Belə ruha sahib deyillər. Onlar yalnız zorakılığa, terrora arxalanırlar, çoxlu silahlara sahibdirlər. Normal yaşamaq üçün heç bir təbii əsasları yoxdur, həyatı normallaşdırmağa qadir deyillər. Rusiya hansı yad ölkəyə gəlibsə, arzular həyata keçmir", -deyə o, qeyd edib.

Bundan başqa, Ukrayna prezidenti Vladimir Zelenski fevralın 24-dən bəri ölkəsinin itkilərinin sayını açıqlayıb. V. Zelenski silahlı qüvvələrin itkilərinin təxminən 1300 nəfər olduğunu deyib.
Eyni zamanda, martın 2-də Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya əməliyyatı zamanı Ukraynanın hərbi və millətçi birləşmələri arasında itkilər 2870-dən çoxdur, 3700-ə yaxın insan isə yaralanıb.

Bənzər yazılar

0.52351903915405