Dövlət Məşğulluq Agentliyinin 2,7 milyonluq tenderini bu şirkət uddu

 14-08-2023

Dövlət Məşğulluq Agentliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Excellent Trade” QSC olub.

Yeniavaz.com xəbər verir ki, Agentlik Quba və Bərdə Peşə Hazırlığı Mərkəzlərinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə mal və materialların alınması və quraşdırılması işlərinin satın alınmasına görə “Excellent Trade” QSC-yə 2 milyon 760 min 568 manat 46 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2 min 10 manat olan “Excellent Trade” QSC 2021-ci ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Sumqayıt şəhəri, Məh. 5, ev 11/18, m. 7-də yerləşən QSC-nin qanuni təmsilçisi Ələskərov Kamal Ələskər oğludur.

Elnur Əli

Bənzər yazılar

0.65557503700256