Səhiyyə nazirindən meymunçiçəyi ilə bağlı ƏHALİYƏ MÜRACİƏT

 17-06-2022

Azərbaycanın səhiyyə naziri Teymur Musayev meymunçiçəyi ilə bağlı əhaliyə müraciət edib.

Nazir “Report”a açıqlamasında bildirib ki, hələlik meymunçiçəyinin geniş yayılmasına bir səbəb yoxdur:

“Dünyada bununla bağlı iki minə yaxın hadisə qeydə alınıb. Ancaq indiyədək meymunçiçəyi ilə bağlı birbaşa ölüm hadisəsi qeyd edilməyib. Fürsətdən istifadə edərək əhalimizə meymunçiçəyi ilə bağlı müraciət etmək istərdim ki, sadə fərdi gigiyena qaydalarına riayət etməklə bu bəladan uzaq dursunlar. Bununla da vətəndaşlarımız normal həyat tərzinə davam edə bilərlər”, - nazir qeyd edib.

“Azərbaycanda uzun müddətdir əhali digər çiçək növlərinə qarşı peyvənd olunduğu üçün yaşı 40-dan artıq olan insanlar üçün meymunçiçəyinin demək olar ki, qorxusu yoxdur. Çünki peyvənd olunublar”.

Gənc nəslə gəlincə, Teymur Musayev deyib ki, virusun insandan insana keçməsi üçün çox sıx təmas olmalıdır:
“Fərdi gigiyena qaydaları vacibdir. Artıq COVİD-19-dan sonra hamı bunu yaxşı başa düşür. Gigiyenik məhlullardan istifadə edilməli və sosial məsafə saxlanılmalıdır”.

Bənzər yazılar

0.20260691642761