“Arvadımdır, istədiyimi edərəm” deyib, küçədə DÖYDÜ - Həbs EDİLDİ

 17-06-2022

Bakıda küçədə arvadını döyən şəxs həbs edilib.

Kriminalqafqaz”ın məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Vidadi Musayev (şərti) “Z-100” kafesinin yanında arvadı ilə mübahisə etməyə başlayıb. Mübahisə zamanı uca səslə nalayiq ifadələr işlədib. Bu zaman üç polis əməkdaşı yaxınlaşaraq mübahisənin hansı səbəbdən baş verməsini soruşublar. Kişidən hərəkətlərinə son qoymasını tələb ediblər. O isə mübahisə etdiyi şəxsin həyat yoldaşı olduğunu bildirərək “ona qarşı istədiyim yerdə istədiyim hərəkəti edərəm” deyib.

Yenidən uca səslə nalayiq ifadələr işlədib. Polislərin onu bölməyə aparacaqlarını görəndə qaçmaq istəyib. Buna görə polislərdən birini sinəsindən itəliyərək qaçmağa cəhd göstərib. Bu zaman əlavə iki polis əməkdaşı gəlib, onu polis bölməsinə aparmaq istədikdə müqavimət göstərib. Daha sonra Səbail Rayon 8-ci Polis Bölməsinə aparılıb.

Onun barəsində tərtib olunan protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

V.Musayev məhkəmədə deyib ki, əsəbi olduğu üçün polisin tələblərinə tabe olmayıb. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinən kişi 8 gün həbs cəzası alıb.

Bənzər yazılar

0.15121603012085