“Santral elektrik” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində cərimə protokolu tərtib olunub.
Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi QSC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: “Santral Elektrik” QSC-nin qanuni təmsilçisi Həsənov İlham Ağaməsim oğludur. İ.Həsənov “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Prezidenti Baba (Balababa) Rzayevin qaynıdır.
Kamal Məmmədov