“Yusif Səfərov küçəsində yerləşən bina özbaşına sökülməyə başlanılıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov sosial şəbəkə hesabında görüntülər paylaşıb.
O bildirib ki, binada sakinlər yaşaya-yaşaya bir neçə mənzil alınıb: “İndi də bax bu qaydada sökürlər. Deyilənlərə görə, Bakı Şəhər İcra Hakimiyyətindən İsmayılov Zülfəli müəllim gəlmişdi”.
Vəkil Cavad Cavadov qeyd edib ki, Bakı İnzibati Məhkəməsinin qərarı da var ki, binanın sökülməsi iş məhkəmədə baxılana qədər qadağan olunub.
Vəkil Cavad Cavadov qeyd edib ki, Bakı İnzibati Məhkəməsinin qərarı da var ki, binanın sökülməsi iş məhkəmədə baxılana qədər qadağan olunub.
Qeyd edək ki, vəkil Cavad Cavadovun adını çəkdiyi Zülfəli İsmayılov Bakı Şəhər İcra hakimiyyətində Nəzarət-təftiş şöbəsinin müdiri işləyir. Zülfəli İsmayılovun adı mediada ancaq və ancaq QARA hərflərlə yazılır. Bu adamın haqqında ölkə mediasında bircə cümlə də olsun müsbət fikirə rast gəlmək olmur. Ancaq evləri uçuran, tikililəri dağıdan və buna görə "buldozer” ləqəbi alan Zülfəli müəllim Bakının tikinti kralıdır.
Bakı Şəhər İcra hakimiyyətində Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov
Harda qanunsuz tikili, ev, obyekt varsa, Zülfəli İsmayılov özünü çatdırıb haqq-hesaba başlayır və lazımi "summa”nı alanda ürəkdən nəfəs alır. Ancaq istədiyi "summa” çatmayanda Zülfəli İsmayılov Koroğlu kimi bir dəli nərə çəkir, dəlilərini də götürüb buldozer kimi hücum edib daşı daş üstə qoymur. Bizə elə gəlir ki, Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılovun özünü ciddi təftiş etmək lazımdır.