“Squid Game” REALLAŞIR

 16-06-2022

Qlobal fenomenə çevrilən və “Netflix”də yayımlanan Cənubi Koreya istehsalı olan “Squid Game” serialı gerçəkləşir.

“Squid Game”dən ilhamlanan “Netflix” real iştirakçılarla oyun şousu formatı üzərində çalışdıqlarını açıqlayıb.

Dünyanın müxtəlif yerlərindən yarışmaçıların axtarıldığı proqramın adı “Squid Game: The Challenge” olacaq.

Oyununda olduğu kimi burada “Ölüm üçün yarış”, şiddət olmayacaq.

Çəkilişlərinin Böyük Britaniyada aparılacaq müsabiqədə 456 iştirakçı 4,56 milyon dollar qazanmaq üçün mübarizə aparacaq.

“Risklər yüksəkdir, lakin bu yarışda ən pis nəticə əliboş qayıtmaqdır. Müsabiqə dünyanın istənilən yerində yaşayan, ingilis dilini bilən hər kəs üçün açıqdır”, - deyə müsabiqə iştirakçılarının müraciət etmələri üçün hazırlanmış internet saytında deyilir.

Mənbə: Haber Global

Bənzər yazılar

0.28859496116638