ÜST yeni xəstəliyin yayılmasına görə fövqəladə İCLAS KEÇİRƏCƏK

 15-06-2022

Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi xəstəliyinin dünyaya yayılma təhlükəsini qiymətləndirmək üçün fövqəladə komitənin iclasını çağırıb.

Bunu təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O, qeyd edib ki, iclas cümə axşamı, iyunun 23-də baş tutacaq.

Məlumata görə, bu il 39 ölkədə 1600 təsdiqlənən və 1500 şübhəli meymunçiçəyinə yoluxma hadisəsi və 72 ölüm qeydə alınıb.

Mənbə: TASS

Bənzər yazılar

0.33292984962463