Xalq artisti Röya Ayxan açıqlaması ilə marağa səbəb olub.
MillətinSəsi.info xəbər verir ki, “Səhər mərkəzi” verilişinə qonaq olan ifaçı ilk sevgisindən danışıb.
Röya yeniyetməlik illərində gözəl olmadığı üçün ona sevgi etiraf edən olmadığını vurğulayıb:
“Mənə sevgi etiraf etməyiblər. Çünki o vaxt qəşəng qız deyildim. Məktəbdə də məni sevmirdilər. Haradasa 15-16 yaşım olardı. “W-trio”ya yeni-yeni başlayırdım, hələ məni götürməmişdilər. Parkda oğlana yaxınlaşıb dedim ki, sizdən xoşum gəlir. O da söylədi ki, özündən muğayat ol”.
Ətraflı süjetdə: