Doktorantura səviyyəsində xarici dildən qəbul imtahanı verən bir qrup şəxs Dövlət İmtahan Mərkəzinin qarşısında etiraz aksiyası keçirib.
MillətinSəsi.info xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb.
Etiraz edənlər imtahan prosesindən, kodlaşdırmadan, imtahanın vaxtından şikayətləniblar.
Xatırladaq ki, ötən gün doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları keçirilib. Doktoranturaya qəbul imtahanlarında iştirak edən namizədlər böyük narazılıqla imtahandan ayrılıblar.