SOCAR-a vitse-prezident təyin olunanlar kimlərdir?

 29-07-2023

Prezident İlham Əliyev Dövlət Neft Şirkətinə (SOCAR) 7 yeni vitse-prezident təyin edib.

Yeniavaz.com bəzilərinin dosyesini təqdim edir:

Əfqan Elçin oğlu İsayev

Əfqan İsayev 2009-cu ildə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) müşahidə şurasının qərarı ilə qurumun icraçı direktoru vəzifəsinə Əfqan İsayev təyin olunub.

O əvvəllər “Bank of Baku”nun idarə heyəti sədrinin müavini olub.

Əfqan İsayev “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktorudur.




Arzu Sahib qızı Cavadova

A.Cavadova 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını "Geoloji-kəşfiyyat” ixtisası üzrə bitirərək, elmi araşdırmalarla məşğul olub.
O, 2013-cü ildə ölkə prezidentinin sərəncamına əsasən, "Tərəqqi” medalı ilə təltif olunub.
A.Cavadova Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin sədridir, geologiya-mineralogiya elmləri namizədi, 2 ixtira və 35 elmi əsərin müəllifidir.
O, 17 yanvar 2022-ci ildən bu günə qədər SOCAR-ın Baş geoloqu vəzifəsində çalışıb.



İsmayıl Fikrət oğlu Zərgərli

"Dr. Shirin O. Entezari & Associates" və "Ledingham Chalmer" şirkətlərinin Baki ofisində hüquqşünas vəzifəsində calışıb. Fəaliyyət sahəsi daşınmaz əmlak, enerqetika, telekommunikasiya şirkətləri və əmək qanunvericiliyini əhatə edir.
Beynəlxalq hüquq üzrə ali təhsilə malikdir.
Azərbaycan, İngilis və Rus dillərini bilir.

Anar Fərruh oğlu Məmmədov

1971-ci ildə Bakı şəhərində anadan olub.

A.Məmmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsində, Oksford Universitetinin Neft Çalışmaları üzrə Kollecində təhsil alıb. İngiltərənin Neft Tədqiqatları Kollecində, həmçinin TRİUM Executive MBA proqramı üzrə magistr dərəcəsinə yiyələnib.

2009-2014-cü illərdə “SOCAR Georgia Gaz” şirkətinin baş direktoru olub.

2015-ci ildə “Magistral tranzit neft və boru kəmərlərinin texniki və iqtisadi istismarı” mövzusunda doktorluq işini müvəffəqiyyətlə müdafiə edib. Eyni zamanda “SOCAR Enegy Greece” şirkətinin Baş direktoru vəzifəsində çalışıb. Bir sıra xarici şirkətlərdə müxtəlif yüksək vəzifələrdə işləyib. 

A.Məmmədov “SOCAR Georgia Gas Ltd”, “Arxiel Carbonexis Ltd”, şirkətlərində baş icraçı direktor, “Millio International Ltd” şirkətində isə regional direktor vəzifəsində çalışıb.



Ziba Tacəddin qızı Mustafayeva
"Azercell"in İnsan Qaynaqları Departamentinin direktoru vəzifəsində çalışıb.
Təyinatdan öncə SOCAR prezidentinin məsləhətçisi kimi fəaliyyət göstərib.

Bənzər yazılar

0.29801416397095