Mingəçevirdə 16 yaşlı autizm xəstəsinin PENSİYASI KƏSİLİB - VİDEOFAKT

 13-06-2022

Mingəçevirdə 2006-cı il təvəllüdlü əqli qüsurlu yeniyetmə, şəhər sakini Həsənli Həsən Samir oğlunun pensiyası kəsilib.

Bu barədə Yeniavaz.com-a müraciətində onun yaxınları məlumat verib.

Doğmaları uşağın anadangəlmə serebral beyin iflici, əqli gerilik, autizm xəstəliyindən əziyyət çəkdiyini deyib.

O, Mingəçevir şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatdadır. Hər ay uşağa oradan dərmanlar da verilir. Son 3 aya qədər müalicəsi mümkünsüz olan xəstəliklərdən əziyyət çəkən Həsən Həsənlinin özünə 200 manat, ona baxdığına üçün atası Ramiz Həsənova isə 80 manat pensiya verilib. Amma mart ayından həmin ödəniş dayandırılıb.

Yeniyetmənin babası Həsənin dərmansız sakitləşmədiyini, özünü idarə edə bilmədiyini deyib. 16 yaşlı yeniyetmə heç bir səsə, çağırışa reaksiya vermir.

Doğmaları uşağı bir dəqiqə belə tək buraxmaq mümkün olmadığını deyirlər. O bədənin müxtəlif nahiyələrini dişləyərək özünə xəsarətlər yetirir. Uzun müddətdir Mingəçevir şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olan Həsənin pensiyasının kəsilməsini atası Samir Həsənov belə izah edir: “Mingəçevir Ruhi Əsəb Dispanserinə gedirik, deyirlər ki, imtina gəlib. Bakı Mingəçevirin üstünə atır, Mingəçevir də Bakının. Bizə isə gözləmək qalır, imtina gəlir”.

Mingəçevir Ruhi Əsəb Xəstəlikləri Dispanserinin baş həkimi Şəmsinur Hüseynova da məsələyə münasibət bildirib: “Biz burdan xəstənin vəziyyəti barədə nə lazımdır məlumatları yazıb göndəririk”.




Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən saytımıza açıqlama verilib:

"Mingəçevir şəhər sakini Həsənli Həsən Samir oğluna 15 mart 2019-cu il tarixində 3 il müddətinə sağlamlıq imkanları məhdudluq təyin edilib və qanunvericiliyin şərtlərinə uyğun olaraq 15 mart 2022-ci il tarixdə həmin müddət başa çatıb. Daha sonra Həsən Həsənlinin sağlamlıq imkanları məhdudluq müddətinin uzadılmasına dair Mingəçevir Ruhi-Əsəb Xəstəlikləri Dispanseri tərəfindən elektron sistemə forma 88 (göndəriş) daxil edilib. Səhiyyə müəssisəsi tərəfindən tərtib edilən göndərişdə uşağın əsas diaqnoz və ağırlaşması ilə bağlı yeganə və sonuncu dəfə 2009-cu ildə stasionar müalicə alması barədə məlumat qeyd edilib.

Digər tərəfdən uşağın əsas diaqnozu ilə bağlı ixtisaslaşmış səhiyyə müəssisəsinin rəyi yoxdur. Bu səbəbdən göndəriş Mingəçevir Ruhi-Əsəb Xəstəlikləri Dispanserinə geri göndərilib. Bununla belə, Həsən Həsənli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə ediləcək, əyani müayinənin nəticəsinə əsasən, uşağın sağlamlıq imkanları məhdudluğu ilə bağlı müvafiq qərar veriləcək".

Bənzər yazılar

0.20643019676208