Məşhur tikinti şirkəti cərimələnə bilər - “Uni Ko” barəsində inzibati protokol tərtib olunub

 28-07-2023

Tikinti sektorunda aparıcı şirkətlərdən olan “Uni Ko” Qapalı Səhmdar Cəmiyyəti barəsində inzibati protokol tərtib olunub. 

Valyuta.az xəbər verir ki, QSC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham olunur. 

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Uni Ko” QSC  2 aprel 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 020 AZN olan şirkətin qanuni təmsilçisi Axundov Elçin Muxtar oğludur. 

“Uni Ko” QSC Azərbaycanda bir neçə iri layihələrin müəllifi kimi tanınır. Bu layihələrin sırasında aşağıdakıların adlarını çəkmək olar:

  1. Heydər Əliyev Mərkəzi
  2. Su İdmanı Sarayı
  3. “British Petroleum” ofis binası
  4. Dövlət Neft Fondunun inzibati binası
  5. Bona Dea Beynəlxlaq Xəstəxanası
  6. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
  7. İqtisad Universitetinin 3 saylı tədris korpusu
  8. Bakı Avropa Liseyinin yeni binasıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binası
  9. Ağdam şəhəri 1 saylı məktəb    

Mənbə Valyuta.az

 

Bənzər yazılar

0.11063194274902