"MTN işi"ndə adı keçən sahibkara "stop" qoyuldu - 14 şirkətinin 181 min vergi borcu var

 27-07-2023

"MTN işi”ndə adı hallanan iş adamı Elsevər Çələbiyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 

Qaynarinfo.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyev bununla bağlı qətnamə çıxarıb. 

Elsevər Çələbiyev barəsində məhkəməyə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi müraciət edib. 

Araşdırmalar zamanı məlum olub ki, iş adamına məxsus 14 şirkətin toplam 181 347,08 AZN vergi borcu var. 

Qaynarinfo bu şirkətlərdən bir neçəsinin adını öyrənə bilib: "Anilin” MMC, "Almedo” MMC, "Atlantik” MMC, "Esi Group” MMC, "Smart Systems” MMC. 

Maraqlıdır ki, Dövlət Vergi Xidmətinin bazasında bu şirkətlərin vergi borcu barədə heç bir məlumat yoxdur. 

Elsevər Çələbiyev "MTN işi”ndə zərərməkmiş qismində tanınıb. Məlum olub ki, o, MTN əməkdaşları tərəfindən dinlənilən iş adamlarından biri olub. 

Bənzər yazılar

0.11081981658936