ABŞ lideri Co Baydenin administrasiyası daxilində xüsusi xidmət orqanlarının mayın sonunda dördüncü əhatəli hesabatı dərc olunduqdan sonra Rusiya Prezidenti Vladimir Putinin səhhəti gərgin müzakirə mövzusuna çevrilib.
Məxfi materiallarda deyilir ki, Vladimir Putin may ayında xərçəngdən müalicəsi olunub. Bu barədə ABŞ kəşfiyyatının hesabatla tanış olan üç nümayəndəsi bildirib.
Həmçinin iyul ayında Vladimir Putinə növbəti dəfə sui-qəsd ola biləcəyi bildirilib.
Yüksək rütbəli məmurlar xəbərdarlıq edirlər ki, Vladimir Putin güc və statusu saxlamaqla bağlı getdikcə daha çox narahatlıq keçirir, bu isə Ukraynadakı vəziyyətin mürəkkəb və gözlənilməz gedişatına təsir verir. Lakin onların sözlərinə görə, həmçinin bu vəziyyət nüvə müharibəsi ehtimalını azaldır.
Milli Kəşfiyyat Direktorunun Ofisindən olan mənbə, istefada olan yüksək rütbəli Hərbi Hava Qüvvələri zabiti və ABŞ Müdafiə Kəşfiyyat Agentliyindən olan hər üç məmur bildirir ki, Rusiya liderinin təcrid olunması ABŞ kəşfiyyatının Vladimir Putinin səhhətini dəqiq qiymətləndirməsini çətinləşdirir.
“Putin dəqiq xəstədir... O, tezlikləmi öləcək? Bu, ancaq hələ də dəqiq bilinmir. O, hələ də təhlükəlidir və öləcəyi təqdirdə bizi xaos gözləyir. Diqqətimizi buna yönəltməliyik. Hazır olun”, - deyə rəsmi bildirib.
Mənbə: newsweek