Saleh Məmmədovun tenderlərini udan şirkət cərimələndi

 25-07-2023

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Siyəzən rayonunda fəaliyyət göstərən “2 nömrəli Yol İstismarı” MMC-yə məxsus asfalt zavodundan atmosfer havasına tüstünün yayıldığı müəyyən edilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev Demokrat.az-a bildirib ki, araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun quraşdırılmadığı üçün atmosfer havasına normadan artıq tullantının atıldığı məlum olub:

“Faktla bağlı zavodun səlahiyyətli nümayəndəsi Xoşbəxt Adıgözəlov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Eyni zamanda, təmizləyici qurğunun quraşdırılması məqsədilə məcburi göstəriş verilib”.

Qeyd edək ki, “2 nömrəli Yol İstismarı” MMC dəfələrlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tenderlərinin qalibi olub.

Bənzər yazılar

0.22703981399536