Azərbaycanlı qızları Dubayda satan QADIN TUTULDU

 12-06-2022

İnsan alverində təqsirli bilinən 50 yaşlı Elnarə Zamanova bir müddət əvvəl .saxlanılıb.

Lent.az-ın məlumatına görə, E. Zamanova Bakıda müxtəlif ünvanlarda yaşayan iki qadına - 1987-ci il təvəllüdlü L.Q. və 1988-ci il təvəllüdlü E. K.ya xaricdə işə düzəltmək vədi verib. Bu məqsədlə onlardan birini 2013-cü ildə, digərini isə 2016-2017-ci illərdə Türkiyənin Kırşehir şəhərinə və Dubaya aparıb. Burada isə onları aldadaraq, kişilərlə cinsi əlaqəyə cəlb edib.

Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri,  İki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsilə ittiham elan olunub.

Hazırda Elnarə Zamanovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bənzər yazılar

0.20228099822998