Qubad İbadoğlunun ofisində axtarış aparılıb

 23-07-2023

Daxili İşlər Nazirliyi Qubad İbadoğlu ilə bağlı daha bir məlumat yayıb.

Məlumatda Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədrinin ofisində axtarış aparıldığı bildirilir:

"Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyənin Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib.

Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir", - məlumatda deyilir.

DİN-in mətbuat xidmətindən bildirilib ki, Q.İbadoğlunun həyat yoldaşının saxlanılması ilə bağlı yayılan iddialar əsassızdır.

Bənzər yazılar

0.36086583137512