“Nərimanov Tibb Mərkəzi” (Keçmiş 5 saylı xəstəxana) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi "TURBO SERVİCE" MMC (VÖEN -5501064741) olub.
"TURBO SERVİCE" MMC “Nərimanov Tibb Mərkəzi”nin sifarişi əsasında Şuşa şəhər modul tipli xəstəxana üçün abadlıq xidmətləri görəcək və qarşılığında 21 min manat alacaq.
Qeyd edək ki, "TURBO SERVİCE" MMC 13.02.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC İmişli rayonu, İmişli şəhəri, T.İsmayılov, ev 14, m. 52 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Zalov Xəqani Çingiz oğludur.
Onu da bildirək ki, eyni gündə, eyni ünvanda, eyni nizamnamı kapitalı ilə Zalov Xəqani Çingiz oğlunun qanun təmsilçi olduğu daha 4 şirkət də qeydiyyatdan keçib. Bunlar "GOLDEN LUKS" MMC (VÖEN-5501064591), "KURYER TƏCHİZAT" MMC (VÖEN-5501064611), "VESPA TƏCHİZAT" MMC (VÖEN-5501064331) və “KARPET-D” MMC (VÖEN-5501064461) adlı şirkətlərdir.
Adları qeyd olunan şirkətlər barəsində açıq internet resurslarda məlumat yoxdur. Bu şirkətlərin adı ancaq dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində keçir. Zalov Xəqani Çingiz oğlunun direktor olduğu bu MMC-lər aşağıdakı tenderlərin qalibi olub:
MMC-nin adı | Tender keçirən qurum | Müsabiqənin adı | Məbləğ | Tarix |
“Kuryer Təchizat” MMC | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | Kompüter və printerlərin təmiri | 5 671 AZN | 15.12.2017 |
“Golden Luks” MMC | AMEA Zoologiya İnstitutu | Mətbəə işləri | 17 813 AZN | 11.01.2021 |
“Golden Luks” MMC | İlahiyyət İnstitutu | Mətbəə işləri | 49 850.13 AZN | 30.12.2020 |
Golden Luks” MMC | Muzey Sərvətləri və Xatirə Əşyaların elmi Bərpa Mərkəzi | İnşaat materialları | 19 748 AZN | 23.10.2020 |
“Golden Luks” MMC | AMEA Qafqazşünaslıq İnstitutu | Çap işləri | 29 900 AZN | 23.07.2020 |
“Vespa Təchizat” MMC | Gənclər və İdman Nazirliyi | Uşaqlar üçün “Novruz” şənliyinin keçirilməsi | 44 430 AZN | 13.03.2020 |
“Turbo Service” MMC | Laçın rayon İcra Hakimiyyəti |
Yolların işıqlandırılması | 48 240.32 AZN | 30.03.2022 |
“Karpet-D” MMC | AMEA Mərkəzi Nəbatat Bağı | Dəftərxana ləvazimatları | 21 789,9 AZN | 10.05.2022 |
Məlumat üçün bildirək ki, hazırda “Golden Luks” MMC-nin dövləyt büdcəsinə 13 min 80 manat 78 qəpik, “Vespa Təchizat” MMC-nin isə 8 min 990 manat 79 qəpik vergi borcu var.
Müəllif A. Cəfərov
Mənbə Yeniavaz.com