Boliviyanın keçmiş prezidentinə 10 il həbs CƏZASI VERİLDİ

 11-06-2022

Məhkəmə Boliviyanın keçmiş prezidenti Janin Anyesi dövlət çevrilişində təqsirli bilib və 10 il müddətinə azadlıqdan məhrum edib.

Hakimin sözlərinə görə, Anyes həmçinin vəzifələrini yerinə yetirməməkdə və konstitusiyaya zidd qərarlar qəbul etməkdə təqsirli bilinib.

Boliviya Daxili İşlər Nazirliyi bu işdə həmçinin keçmiş hərbi komandir Vilyams Kaliman və keçmiş polis rəisi Vladimir Kalderonun da 10 il həbs cəzasına məhkum edildiyini bildirib.

Keçmiş Hərbi Hava Qüvvələri komandanı Xorxe Elmer Fernandes dörd il, Boliviya Silahlı Qüvvələrinin Quru Qoşunlarının keçmiş komandanı Pastor Mendyeta üç il, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Flavio Qustavo Arse iki il həbs cəzasına məhkum olunub.

“Beləliklə, Boliviya xalqı 2019-cu ildə konstitusiya nizamının pozulduğu, bununla da dəfələrlə insan hüquqlarının tapdalanmasına, kütləvi qırğınlarla nəticələnmiş sosial və siyasi böhranlara səbəb olan xoşagəlməz hadisələrdən sonra ədalətin bərqərar olması üçün daha bir addım atıb”, - deyə departamentin bəyanatında qeyd edilir.

Mənbə: TASS

Bənzər yazılar

0.35128211975098