“MET-AK” gömrük qaydalarını pozmaqda ittiham edilir

 22-07-2023

"MET-AK" MMC barəsində inzibati protokol tərtib olunub. 

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Vüsal Qurbanov iş üzrə hakim təyin edilib. 

485.2-ci maddəyə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

"MET-AK” MMC 10 yanvar 1997-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 39 471 600 manat olan şirkətin qanuni təmsilçisi Kərimov Aydın Alik oğludur. 

Aydın Kərimov qaçış, velosiped və üzgüçülük idman növlərini özündə birləşdirən trilatlonla məşğuldur. O, 2018-ci ildə "MET-AK”ın kommersiya direktoru, 2012-ci ildən isə şirkətin direktoru vəzifəsində çalışır. 

Şirkətin təsisçisi isə Aydın Kərimovun atası Alik Kərimovdur.

"MET-AK” şirkətinin adına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznesi bağlı araşdırma materiallarında da rast gəlinir. Həmin materiallarda şirkətin Kəmaləddin Heydərova məxsus olduğu iddia edilir.

Bənzər yazılar

0.10908007621765