Türkiyədə Krım-Konqo hemorragik qızdırma xəstəliyi can almağa DAVAM EDİR

 11-06-2022

Türkiyənin Yozqat şəhərində Krım-Konqo hemorragik qızdırma xəstəliyi (Crimean-Congo hemorrhagic fever) səbəbindən ölüm qeydə alınıb.

Akdağmadeni rayonunda 82 yaşlı N.E. qızdırma, qusma və halsızlıq şikayətilə xəstəxanaya müraciət edib.

O, sözügedən xəstəlik şübhəsilə müalicə gördüyü tibb müəssisəsində həyatını itirib.

Qeyd edək ki, Türkiyənin Malatya, Ərzurum, Sivas, Çorum kimi şəhərlərində də gənə dişləməsi ilə yoluxan bu qızdırma xəstəliyindən ölüm qeydə alınıb.

Mənbə: Haber Global

Bənzər yazılar

0.36298799514771