İyunun 9-da narkotiklə mübarizə üzrə ciddi qanunları ilə tanınan ölkə olan Tayland kannabisin yetişdirilməsini, həmçinin qida məhsulları və içkilərdə istifadəsini qanuniləşdirdi və bununla da kannaibis rəsmiləşdirən ilk Asiya ölkəsi oldu.
Bu barədə “Reuters” xəbər verib.
Alıcılar artıq içkilər, şirniyyatlar və tərkibində kannabis olan digər məhsullar üçün satış nöqtələrində növbəyə dururlar. Bir çoxları dünən gecədən bəri ayaqdadır. Ancaq bununla belə marixuana çəkmək hələ də qanunla qadağandır.
Tayland artıq 2018-ci ildə tibbi marixuananı qanuniləşdirib. İndi hökumət satışından gəlir əldə edilməsi məqsədilə fermerləri onu yetişdirməyə təşviq etmək üçün bir milyon bitki verməyi planlaşdırır.
Bununla belə səlahiyyətlilər təklif olunan məhsulların gücünü məhdudlaşdırmaqla onun rekreasiya məqsədləri üçün istifadəsinin qarşısını almağa çalışırlar. Tərkibində 0,2%-dən çox psixoaktiv tərkib hissəsi - tetrahidrokannabinol (THC) olan kannabis ekstraktlarının saxlanmasına və satışına icazə verilmir.
Qanunu pozanları hələ də həbs cəzası və cərimə gözləyir.
Mənbə: UNİAN