"Azərsu" ASC 2022-ci ili 180 milyon 514 min manat xalis zərər ilə başa vurub.
Bu barədə məlumat ASC-nin maliyyə hesabatında yer alıb.
Hesabatda qeyd olunur ki, 2021-ci ildə "Azərsu" ASC-nin xalis zərəri 552 milyon 230 min manat olub. Son bir ildə "Azərsu" ASC-nin xalis zərəri 371 milyon 716 min manat azalıb.
"Azərsu" ASC-nin 2022-ci ildə cəmi gəlirləri 290 milyon 993 min manat, cəmi xərcləri isə 471 milyon 507 min manat olub.