Türkiyəli məşhur aktrisa Özge Gürel və həmkarı Serkan Çayoğlu bu yay İtaliyada nikah bağlayacaqlar.
İllər əvvəl yayımlanan “Kiraz mevsimi” serialının çəkilişləri zamanı eşq yaşayan cütlük şou-biznes aləmində nümunə göstərilənlər arasındadırlar.
Ticarət mərkəzində jurnalistlərin suallarını cavablayan aktrisa toy mərasimi üçün niyə məhz İtaliyanı seçdiklərinə aydınlıq gətirib:
“Bizdə xatirəsi var, oranı sevirik”.
Xatırladaq ki, “Kiraz mevsimi” serialının bəzi bölümləri İtaliyada çəkilib.
Mənbə: Sondakika