Azərbaycan Xarici İşlər Nazirliyi: Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yalanlarının ifşasını davam etdirir

 15-07-2023

Beynəlxalq Ədalət Məhkəməsi erməni yalanlarını ifşa etməkdə davam edir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə özünün "Twitter" səhifəsində yazıb.

"Beynəlxalq Ədalət Məhkəməsinin qərarı bir daha təsdiq edir ki, Ermənistanın Azərbaycanı sərhədçiləri Laçın sərhəd keçid məntəqəsindən və yoldan çıxarmaq tələbi yekdilliklə rədd edilib.

Məhkəməsi erməni yalanlarını ifşa etməkdə davam edir", - deyə paylaşımda bildirilir.

Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkıməsi Ermənistanın 6 iyul 2023-cü il tarixində Ermənistanın Azərbaycana qarşı ərazi iddasını rədd edib. Bu barədə məhkəmənin saytı məlumat yayıb. Qərarla Ermənistanın Azərbaycana qarşı 22 fevral 2023-cü il tarixli iddiası rədd edilib.

Bənzər yazılar

0.11859917640686