“Kargo.az” MMC barəsində inzibati protokol tərtib olunub.
Valyuta.az xəbər verir ki, şirkət İzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə ittiham olunur.
İş Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədovun icraatındadır.
428.7.1-ci maddədə fiziki şəxslərin 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslərin 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslərin isə 5000 manatdan 10 000 min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.