Ombudsman Gəncədəki təcavüz faktını nəzarətə götürüb

 11-03-2022

Gəncə şəhərində 2005-ci il təvəllüdlü sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair qızın ailə üzvləri tərəfindən 916 Çağrı Mərkəzinə müraciətlə bağlı Ombudsman tərəfindən Gəncə Şəhər Prokurorluğuna sorğu göndərilərək məsələ dərhal nəzarətə götürülüb.

Bu barədə MillətinSəsi.info-ya Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, bununla yanaşı, azyaşlının tibbi müayinəsi və sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət olunub.

Aparatın əməkdaşları azyaşlı və ailə üzvləri ilə əlaqə saxlayaraq, onun səhhəti, psixoloji durumu və hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətlə maraqlanıblar.

Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılacaq və zəruri dəstək göstəriləcək.

Bənzər yazılar

0.21436095237732