“Azərsu” su sayğaclarını hüquqi əsas olmadan satıb

 12-07-2023

“Azərsu” ASC inhisar mövqeyindən sui-istifadə edərək su sayğaclarını hüquqi əsas olmadan satıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 5 iyulda açıqladığı 2022-ci il üzrə fəaliyyət hesabatında qeyd olunub.

“Təbii inhisar mövqeyindən sui-istifadə edərək mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda su sayğaclarının hüquqi əsas olmadan satılması üzrə “Azərsu” ASC-yə təbii inhisar qanunvericiliyi tələblərinin pozulması hallarının aradan qaldırılması barədə göstəriş verilib.

“Azərsu” ASC-yə inhisar mövqeyindən sui-istifadə edərək su sayğaclarının hüquqi əsas olmadan satılması üzrə təbii inhisar qanunvericiliyi tələblərinin pozulması hallarının aradan qaldırılması barədə göstərişin tələblərini yerinə yetirmədiyindən 11 000 manat maliyyə sanksiyası tətbiq edilib”, - məlumatda deyilir.

Bənzər yazılar

0.11410999298096