“Soliton LTD” MMC-nin yarım milyon manatdan çox vergi borcu yaranıb.
Qaynarinfo.az-ın məlumatına görə, nizamnamə kapitalı 9000 AZN, qanuni təmsilçi Bağırov Müseyib Abbas oğlu olan “Soliton LTD” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 560 min 559 manat 70 qəpik vergi borcu var.
Qeyd edək ki, 1992-ci ildə fəaliyyətə başlamış “Soliton” mağazalar şəbəkəsi məişət texnikası və elektronika məhsullarının satışı, quraşdırılması və texniki xidməti ilə ixtisaslaşaraq bu günə qədər fəaliyyətini davam etdirməkdədir.
Xatırladaq ki, 08.04.2022-ci ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlak bazarında araşdırmaların aparılması tələb olunan sənəd və məlumatları təqdim etmədiklərinə görə mobil telefon cihazları bazarında fəaliyyət göstərən bir neçə təsərrüfat subyekti barəsində iş qaldırılıb. Bildirilir ki, nəticədə “Soliton LTD” MMC-yə qarşı qaldırılan işə baxılıb, müvafiq göstərişlər verilib və təsərrüfat subyektinə qarşı maliyyə sanksiyası tətbiq edilib.