“Gəmiqaya Holdinq” İqtisadiyyat Nazirliyinə 9 min “Badamlı” SATACAQ

 06-06-2022

İqtisadiyyat Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Gəmiqaya Holdinq Şirkətlər İttifaqının “Bakı Satış Mərkəzi” MMC (VÖEN- 0200631761) olub.

Qalib şirkət nazirliyə 7 min 200 manat 36 qəpik dəyərində 9 min ədəd (0.6L) təbii mineral süfrə suyu satacaq. 

Məlumat üçün qeyd edək ki, “Gəmiqaya Holdinq Şirkətlər İttifaqının “Bakı Satış Mərkəzi” MMC “Gəmiqaya Holdinq” olaraq bilinən şirkətlər qrupuna daxildir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Gəmiqaya Holdinq” Şahbuz rayonunda yerləşən Badamlı kəndi ərazisidən çıxan eyni adlı mineral suyun istehsalı və satışı ilə də məşğuldur. 

Qeyd edək ki, Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb. Uzun illərdi mətbuata bu şirkətlərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun ailə üzvlərtinə məxsus olması barədə məlumatlar yayılır və bugünə kimi təkzib olunmayıb. Hətta 2014-cü ildə Vasif Talıbovun oğlu Rza Talıbov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı məlumatda özünü Gəmiqaya Holdinqin rəhbəri kimi qeyd edib.

Onu da bildirək ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətində Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

“Gəmiqaya” adı ilə fəaliyyət göstərən şirkətlərdən birinə - “Gəmiqaya-XXI” firmasına (VÖEN-0200013971) isə AMEA-nın vitse-prezidenti, 2 saylı Şərur seçki dairəsindən millət vəkili seçilən İsa Həbibəylinin qardaşı Yaqub Həbibbəyli rəhbərlik edir.

Bənzər yazılar

0.21373987197876