Alimlər müəyyən ediblər ki, yuxusuzluqdan əziyyət çəkən insanlar təxminən 10 il sonra insult riski ilə üzləşə bilərlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Neurolgy” elmi jurnalında elmi məqalə dərc edilib.
Məqalədə qeyd olunur ki, Miçiqan Universitetinin Sosial Tədiqatlar İnustutu tərəfindən hazırlanan "Sağlamlıq və təqaüd" araşdırması məlumatlarından istifadə edərək Dr. Uendemi Savadqo və komandası insult riskini yuxusuzluqla əlaqələndirib.
Onlar 2002-ci ildən 2020-ci ilə kimi daha öncə insult keçirməmiş orta yaş həddi 61 olan insanlar üzərində tədqiqat aparıblar. Tədqiqat qrupuna daxil olanların 57 faizini qadınlar təşkil edib.
Virciniya Kommonuelt Universitetinin tədqiqatçıları Savadqonun araşdırmasından bu nəticəyə gəliblər ki, yüngül və ağır yuxusuzluqdan əziyyət çəkən insanların, yuxusuzluq problemi olmayan insanlarla müqayisədə 10 ildən sonra diabet, təzyiq, insult və ürək xəstəliyinə tutulma riski daha çoxdur.