Vatikan Ukraynaya həsr olunmuş xüsusi gümüş sikkə buraxıb.
Bu barədə Ukraynanın Vatikandakı səfiri Andrey Yuraş özünün “Facebook” səhifəsində məlumat verib.
“Bu, sadəcə olaraq, simvol deyil, Ukraynaya dəstək üçün əsl jestdir: Rusiyanın Ukraynaya təcavüzünün 100-cü günündə Vatikanın Filateliya və Numizmatika İdarəsi Ukraynaya həsr olunmuş xüsusi gümüş sikkə (23 qram) buraxıb”, - deyə o qeyd edib.
Yuraş əlavə edib ki, hər biri 50 avro dəyərində olan sikkənin satışından əldə edilən gəlir Ukraynaya kömək üçün istifadə olunacaq.